Rusiya mafiyasının əsas liderlərindən olan və bir müddət öncə öldürülən Aslan Usoyanın (Ded Xasan) köməkçisi kriminal aləmdə Laşa Rustavski kimi tanınan Laşa Şuşanaşvili Yunanıstandan Moskvaya qayıdıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Laşa bura gizlin yolla glib və onun yaxın vaxtlarda digər kriminal avtoritetlərlə görüşəcəyi gözlənilir.
"Golden Palas" restoranında baş tutacaq görüşdə Rusiyadakı kriminal aləmin lideri Şakro ləqəbli Zaxariya Kalaşov da iştirak edəcək.
Qeyd edək ki, Laşa Şuşanaşvili kriminal aləmdə ən qanlı mübarizəyə səbəb olan və Ded Xasanın öldürülməsi ilə nəticələnən cinayətin əsas iştirakçısıdır.
Samir