3 İyun 2014 14:03
1 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Müdafiə Nazirliyi aviasiyanın Luqansk şəhər ətrafını bombalaması xəbərini təsdiqləyib. Mərmilərdən biri şəhərin mərkəzi meydanında partlayıb. Nəticədə 8 mülki vətəndaş həlak olub.

Publika.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Luqansk ətrafında gedən ordu əməliyyatlarında hərbi aviasiya şəhərə 150-dən çox raket zərbəsi endirib. Günün ikinci yarısında isə əməliyyatlarda Mİ-24 helikopterləri və onları havada qoruyan MİQ-29 təyyarələri iştirak edib.

Luqanskda dünəndən bəri davam edən hava hücumlarının nəticələrini Müdafiə Nazirliyi qənaətbəxş sayıb.

Hazırda əməliyyatlar Slavyansk istiqamətində gedir.


Müəllif: