Kaliforniya məhkəməsi məşhur Hollivud ulduzu Kim Riçardsı oğurluqda təqsirli bilərək, islah işlərinə cəlb edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 51 yaşlı aktrisa 300 saat ərzində islah işləri ilə məşğul olacaq. Bundan başqa, ona mağazalara girmək qadağan edilib. Riçards 52 dəfə "Anonim əyyaşlar" treningində də iştirak etməli olacaq.
Qeyd edək ki, aktrisa mağazalardan birindən 600 dollar məbləğində oğurluq etməkdə ittiham olunub.
Samir