3 İyun 2014 14:06
678

ABŞ prezidenti Barak Obama Avropa səfəri çərçivəsində Polşaya gedib.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obamanı Varşavada Polşa prezidenti Bronislav Komorovski qarşılayıb.

İki ölkə başçılarının rəsmi danışıqları mayın 4-dən başlayacaq. Səfər zamanı ABŞ lideri mərkəzi və şərqi Avropa ölkələrinin başçıları ilə də görüşlər keçirəcək.

Görüşlərdə əsas müzakirə mövzuları Ukraynadakı böhran, Rusiyanın Ukrayna siyasəti, regionda təhlükəsizlik məsələləri, sentyabrda keçiriləcək NATO sammitinə hazırlıq məsələlərinin olacağı gözlənilir.

Sabah B. Obamanın Ukraynanın yeni seçilən preizdenti Petr Poroşenko ilə də görüşü planlaşdırılıb. Daha sonra ABŞ və Polşa prezidentləri Varşavada “Saray” meydanında çıxış edəcəklər. Burada Polşada 1989-cu ildə ilk dəfə keçirilən parlament seçkilərinin 25 illiyi keçiriləcək.

Mərasimdə Fransa, Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Litva və Latviya prezidentləri də iştirak edəcək.

Ümumilikdə 40 dövlət Polşaya öz nümayəndələrini göndərəcək.


Müəllif: