Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan Airbus-321 sərnişin təyyarəsi Misirin Sinay yarmadasında qəzaya uğrayıb.
Teleqraf.com RİA Novosti-ə istinadən xəbər verir ki, şənbə günü Moskva vaxtı ilə saat 6:21-də havaya qalxan təyyarənin daha öncə radarlardan itməsi barədə xəbər daxil olub.
Son məlumatlara görə, təyyarənin qalıqları Misirin Sinay yarmadasında aşkarlanıb.
Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub.