Braziliya parlamentinin yuxarı palatası Yay Olimpiya və Paralimpiya oyunları vaxtı ölkəyə gələn əcnəbilər üçün vizaların ləğv olunması haqda qanun layihəsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, oktyabr ayının əvvəlində müvafiq qanun layihəsini aşağı palatanın deputatları da dəstəkləmişdi. Qanun layihəsinin qüvvəyə minməsi üçün onu ölkə prezidenti Dilma Russeff təsdiq etməlidir. Braziliyaya vizasız daxilolma hüququnu 2016-cı ilin iyun ayından sentyabradək, 90 gündən artıq olmayaraq ölkəyə gələn turistlər əldə edə biləcək.
Xatırladaq, belə bir qayda 2014-cü ildə keçirilən futbol üzrə dünya çempionatında tətbiq edilsə də, o, yalnız əlində ən azı bir oyunun bileti olan turistlərə şamil edilirdi. "Nəticədə biz turistlərin Braziliyada sərf etdikləri vəsaitin 60 faizdən daha çox olduğunu gördük", - deyə ölkənin turizm naziri Enriki Eduardu Alves vurğulayıb.
Rüstəm