3 İyun 2014 14:22
1 926
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Florida ştatında bir nəfər köpəkbalığının hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, yerli rəsmilərin bildirdiyinə görə, dostları ilə birgə dənizdə üzən 22 yaşlı Cesika Vaugh növü bilinməyən köpəkbalığı hücum edib.

Üzündən və ayağından yaralanan gənc qız dərhal xəstəxanaya çatdırılıb.

Əməliyyat olunan qızın vəziyyətinin normal olduğu deyilir.

Uğur


Müəllif: