Rusiyanın "Koqalımavia" şirkətinə məxsus təyyarə “Airbus-321” sərnişin təyyarəsi radarlardan itməzdən öncə 6 min fut (1,8 km-ə yaxın) sürətlə enib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə bütün dünyada uçuşları izləyən Flightradar24 internet portalı məlumat verib.
Təyyarədə 217 sərnişin və 7 ekipaj üzvü olub. Təyyarədəkilərdən 17 nəfəri uşaqdır. Qüyd olunur ki, təyyarə havaya qalxdıqdan 23 dəqiqə sonra radarlardan itib.
Flightradar24 həmçinin bildirib ki, qəzaya uğrayan təyyarənin yaşı 18 il 5 aydır. "Koqalımavia" şirkəti 2012-ci ilin martında həmin təyyarəni alıb.
Nihad