Rusiya prezidenti Vladimir Putin bu ölkəyə məxsus təyyarənin Misirdə qəzaya uğraması ilə əlaqədar noyabrın 1-ni matəm günü elan edib.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, prezidentin fərmanı ilə sabah bütün Rusiya ərazisində dövlət bayraqları endiriləcək.
O, həmçinin mədəniyyət müəssisələri və telekanallara noyabrın 1-nə təyin olunmuş əyləncəli tədbir və verilişləri təxirə salmağı tövsiyə edib
Qeyd edək ki, Şarm-əl-Şeyxdən Sankt Peterburqa uçan Rusiya təyyarəsinin qəzaya uğraması nəticəsində Rusiya vətəndaşı olan 217 nəfər sərnişin və 7 ekipaj üzvü dünyasını dəyişib.
Nihad