Rusiya Donbasa silah axınını dayandırmayıb.
Axar.az xəbər verir ki, bunu NATO-nun Avropadakı qoşunlarının rəhbəri general Filip Bridlav söyləyib. Onun sözlərinə görə, Rusiya qoşunları hələ də Ukraynadan çıxarılmayıb:
“Mən Suriya hadisələri ucbatından Ukraynaya qarşı diqqətin azalmasından narahatam. Bu texnikadan artıq bir neçə dəfə istifadə edilib. Krımın işğalından sonra Donbas hadisələri başladıldı. İndi isə Suriya böhranı sayəsində bütöv Ukraynaya diqqət azallıb. Biz anlamalıyıq ki, bunların hamısı Rusiya tərəfindən planlaşdırılıb. Artıq Rusiya bizim partnyorumuz deyil”.