31 Oktyabr 2015 23:20
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər Misirin Sinay yarımadası üzərində qəzaya uğrayaraq yerə çırpılan Airbus 321 Rusiya sərnişin təyyarəsinin bəzi sakinləri uçuşdan bir neçə dəqiqə öncə laynerin fonunda xatirə şəkli çəkməyə macal tapıblar. Musavat.com-un məlumatına görə, bu barədə NTV.ru məlumat yayıb.

O sırada foto çəkənlərdən biri qadın sərnişin olub. Şəklə əsasən ehtimal eləmək olar ki, orada onun həyat yoldaşı və körpəsi əks olunub. Sosial şəbəkədəki səhifəsində isə qadın belə bir status paylaşıb: “Salam Piter, hələlik Misir. Biz evə uçuruq”.

Qeyd edə ki, Şarman əl-Şeyxdən Sankt-Peterburqa uçan və qəzaya uğrayan təyyarənin 224 sərnişinin 27-sinin uşaq olması təsdiqlənib. Onlardın da ən kiçiyi 10 aylıq olub.


Müəllif: