2 Noyabr 2015 12:59
657

"Xarici media Türkiyədəki seçkiləri diqqətlə izləyirsə, öz ölkələri ilə niyə bu qədər maraqlanmır?".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan sübh namazından sonra jurnalistylərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bəzi ölkələr Ərdoğanın Türkiyə prezidenti olmasından bu yana bu dövlətə hörmət etməyiblər.

Ərdoğan dünən keçirilən və Ədalət və İnkişaf Partiyasının qalib gəldiyi parlament seçkiləri ilə bağlı fikrlərini də bildirib: "Seçkilərin nəticələri məlumdur. Koalisiya görüşləri nəticə vermədi və yenidən seçkilərə getdik. Seçkilərdə milli iradə qalib gəldi".

Samir


Müəllif: