4 Noyabr 2015 14:15
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyada 32 nəfərin ölümünə səbəb olan yanğından sonra ölkədə etiraz aksiyaları keçirilib.

Teleqraf.com interfax.ru-ya istinadən xəbər verir ki, təkcə paytaxt Buxarestdə keçirilən etirazlarda 20 mindən çox insan iştirak edib. Onların əsas tələbi baş nazir Viktor Ponto və Daxili İşlər naziri Qabriel Opreanın istefası olub.

Gecə boyu davam edən aksiyalardan sonra Rumıniya hökuməti istefa verib. Bununla bağlı Ponto açıqlama verib. Onun sözlərinə görə, növbəti seçkilərə qədər hazırki hökumət müvəqqəti olaraq, vəzifəsini icara edəcək.

Qeyd edək ki, yanğın Buxarestdəki gecə klublarından birində baş vermişdi.

Samir


Müəllif: