4 Noyabr 2015 22:00
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Diyarbəkr şəhərində İŞİD terror təşkilatının üzvlərinə qarşı həyata keçirilən əməliyyatda şok detallar ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölü ələ keçirilən 7 İŞİD üzvü şəhərlərdə qanlı terror aktlarına hazırlıq görürdü.


Basqın təşkil edilən 7 ünvanda aparılan araşdırmalar İŞİD üzvlərinin təşkilatın Suriyadakı yüksək rütbəli liderlərdən alacağı təlimatlarla İstanbulda bir partiyanın qərargahına, həmçinin qəzetlərdən birinin Ankara və İstanbulda yerləşən ofislərinə hücum planlaşdırdığını müəyyənləşdirib. Təşkilat üzvlərinin əlaqələrinin müəyyənləşdirilməsi və ifşa edilməsi istiqamətli işlərin davam etdiyi bildirilir.


Müəllif: