5 Noyabr 2015 01:57
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ölkənin yeni konstitusiyasının hazırlanmasının yeni seçilən parlamentin prioritet vəzifələrindən biri olduğunu bildirib.

APA-nın məlumatına görə, bunu Ərdoğan Ankarada yerli özünüidarəetmə orqanlarının rəhbərləri qarşısında çıxışı zamanı deyib.

“Türkiyə yeni konstitusiya ilə bağlı məsələni həll etməlidir, bu noyabrın 1-də (növbədənkənar parlament seçkiləri günü – red.) aldığımız ən mühüm mesajdır. Xalq bunu gözləyir. Mən ümid edirəm ki, deputatlar yeni konstitusiyanın hazırlanmasına dair öz tövhələrini verəcəklər”, deyə Ərdoğan bildirib.

Bundan əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın hakimiyyətin konstitusiyada dəyişikliklərin edilməsi ilə bağlı ölkədə referendum keçirəcəyini istisna etməyib.
Sosial səhifələrdə paylaş


Müəllif: