6 Noyabr 2015 13:29
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail baş naziri Benyamin Netanyahu ABŞ-a səfəri çərçivəsində prezident Braka Obama ilə görüşəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, noyabrın 9-da baş tutacaq görüş zamanı İranla əldə edilən nüvə razılaşması və Suriya böhranı məsələlərin müzakirəsi gözlənilir.

Bununla bağlı Obamanın xarici siyasət üzrə müşaviri Ben Rods məlumat verib: "Müxtəlif vaxtlarda bəzi məsələlərlə bağlı fikir ayrılıqları olsa da, biz təhlükəsizlik sahəsində əməkdaşlığımızı artırmaq niyyətindəyik".

Samir


Müəllif: