6 Noyabr 2015 17:07
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sina yarımadasındakı faciə ilə bağlı "Şarli Hebdo" jurnalının çap etdirdiyi karikaturalarda demokratiyadan söhbət gedə bilməz".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, bu, təhqirdir: "Rusiyada bunu bir cür izah etmək olar, bu, təhqirdir. Bunun nə demokratiya, nə də özünüifadə kimi anlamı yoxdur".

Peskov məsələnin Paris ilə müzakirə olunmayacağını qeyd edib. O bildirib ki, adı çəkilən jurnal rəsmi orqan deyil: "Az tirajlı, mübahisə doğuran və insanların əksəriyyətinin qəbul etmədiyi orqanın yazılarına görə çoxları özlərini təhqir olunuş hiss edir".

Xatırladaq ki, Sina yarımadasında Rusiyaya məxsus təyyarənin qəzaya uğraması nəticəsində 224 nəfər həyatını itirib.

Samir


Müəllif: