7 Noyabr 2015 01:33
492

Misirdə qəzaya uğrayan Rusiya təyyarəsinin göyərtəsindəki səsyazan cihaz mühərrikin nasazlığı ilə əlaqəsi olmayan partlayış qeydə alıb.

Bunu insidentin səbəblərini araşdıran müstəntiqlər bildirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “France 2” telekanalı məlumat yayıb.

“Təyyarənin “qara qutusu”ndakı yazı uçuş zamanı partlayışın baş verdiyini müəyyən etməyə imkan verir”, deyə müstəntiqlər bildirib.

Onların sözlərinə görə, partlayışın mühərrikin nasazlığı ilə əlaqəsi olmayıb.

Qeyd edək ki, Rusiya hakimiyyəti bu arada Misirə uçuşlara qadağa qoyub. Bəzi məlumatlara görə, qərara səbəb yeni məlumatların əldə edilməsi olub.

Xatırladaq ki, Rusiyaya məxsus “Airbus A321” təyyarəsinin qəzaya uğraması nəticəsində 224 nəfər ölüb.


Müəllif: