7 Noyabr 2015 22:09
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdadda bir-birinin ardınca baş verən üç partlayış nəticəsində 9 nəfər ölüb, 15 nəfər yaralanıb.


APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, paytaxtdan 25 km aralıda törədilən ilk partlayış zamanı 5 polis əməkdaşı və 1 dinc sakin ölüb.


İkinci partlayış Bağdadın şimal-qərb hissəsində baş verib, 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Daha bir terror aktı şəhərin cənubunda törədilib, 1 nəfər ölüb, 6 nəfər yaralanıb.


BMT-nin məlumatına görə, sentyabr ayında İraqda 717 insan zorakılığın qurbanı olub, 1 200 nəfər yaralanıb.


Müəllif: