7 Noyabr 2015 22:43
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın Minaş-Jerays ştatında bəndin uçmasından sonra 19 nəfər itkin düşmüş hesab edilir.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, onlardan 6-sı mədən işçisi, 13-ü yaxınlıqdakı kəndin sakinləridir.

Noyabrın 5-də Minaş-Jerays ştatında bəndin uçması nəticəsində 16 nəfər ölmüş, 45 nəfər itkin düşdüyü bildirilirdi.

Bəndin yaxınlığında yerləşən kənddə bir çox evlər dağılıb. Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir. Ərazidə xilasedici əməliyyat davam etdirilir.


Müəllif: