8 Noyabr 2015 08:03
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ xüsusi xidmətlərindəki anonim mənbələrə əsasən İslam Dövləti qruplaşması və Sinayda onunla əlaqədar qrup arasında söhbət vaxtı misirli cihadçılar A321 təyyarəsinin məhv edildiyini deməklə lovğalanıblar.

Gilzi müdaxilə edilən söhbət Suriyadakı Raqqa şəhəri və Sinay yarımadasında olan tərəflər arasında aparılıb.

Bu barədə məlumatla cümə günü NBC Nightly News proqramına adının açıqlanmaması şərtilə danışan ABŞ kəşfiyyat qurumlarının nümayəndələri bölüşüblər.

"Onlar aşkaranə bayram edirdilər", - NBC-ə danışan kəşfiyyat mənbəsi deyib.

Əldə edilən daha bir məlumatda cihadçılar Sinayda “tezliklə mühüm bir hadisənin” baş verəcəyini deyiblər.

Britaniya xüsusi xidmətləri hesab edirlər ki, A321 təyyarəsinə bomba uçuşdan əvvəl qoyula bilərdi, BBC-ə məlum olub.

Çərşənbə günündən başlayaraq, bir sıra ölkə Şarm əl-Şeyxdən səyahəti məhdudlaşdıran Britaniyaya qoşulub. Cümə günü Rusiya da Misirdən uçuşların dayandırdığını elan edib.

Ekspertlərə əsasən hadisə nəticəsində Misirin mühüm gəlir mənbəyi olan turizm sənayesinə ağır zərbə dəyə bilər.

Noyabrın 5-də Misir Şarm əl-Şeyx aeroportunun direktorunu vəzifədən azad edib.

Kogalymavia şirkətinə məxus A321 təyyarəsi oktyabrın 31-də Şarm əl-Şeyxdən Sankt-Peterburqa yola düşəndən 23 dəqiqə sonra qəzaya uğrayıb. Göyərtədəki 224 nəfərin ölümü ilə nəticələnmiş qəzanın baş verdiyi təyyarədə sərnişinlərin əksəriyyəti rusiyalı olub.

BBC


Müəllif: