8 Noyabr 2015 10:54
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya vilayətinin Belek şəhərində G-20 zirvə toplantısı üçün hazırlıqlar tamamlanıb.

Dövlət başçıları ilə yanaşı 13 min nəfərin gələcəyi Antalyada 12 min polis təhlükəsizliyi təmin edəcək.

Tədbirə etiraz etmək üçün Antalyaya dünyanın müxtəlif ölkələrindən 30 minə qədər fəalın gəlməsi gözlənilir.

Sammitin keçiriləcəyi Belek təhlükəsizlik baxımından “qırmızı bölgə” elan edilib. “Qırmızı bölgə” liderlər və onlarla gələn nümayəndə heyətləri Antalyada olduğu müddətdə Belekin uçuşlara bağlanılması, mülki vətəndaşlara məxsus avtomobillər üçün giriş və çıxışların qadağan edilməsi nəzərdə tutulur. Bundan başqa sammitin keçiriləcəyi ərazidə 2 qatlı baryerlər inşa edilib. Baryerlər otellərə nəqliyyatın hərəkətini təmin edən Turizm prospektində 4 kilometr boyunca uzanır.

Fövqəladə təhlükəsizlik tədbirlərinin görüldüyü Belekdə ABŞ prezidenti Barak Obama üçün gülləkeçirməz villa inşa edilib.

Qeyd edək ki, sammit 15-16 noyabr tarixlərində keçiriləcək./Publika.az /


Müəllif: