8 Noyabr 2015 19:59
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdadın şərqində törədilən partlayış nəticəsində ən azı 4 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə bazar günü "BBC - Arabia" telekanalı məlumat yayıb.

İraq polisinin məlumatına görə, Bağdadın şərqində, əhalisinin əksəriyyəti şiə-müsəlmanlar olan Əs-Sədr qəsəbəsində bombanı terrorçu-kamikadze partladıb.

Son məlumata görə, insident nəticəsində ən azı 4 nəfər həlak olub, 16 nəfər qəlpə yarası alıb.

Ekstremist Kiyara məhəlləsində, insanların çox olduğu bazarda yerləşən polis məntəqəsi yaxınlığında özünü partladıb.

Terror aktı ilə bağlı heç bir ekstremist qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.


Müəllif: