9 Noyabr 2015 00:16
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyanın Liviyadakı səfirliyinin iki əməkdaşı Sabrat şəhərində oğurlanıb.

"Report" xəbər verir ki, bu barədə Serbiyanın Xarici İşlər Nazirliyinə istinadən TASS məlumat yayıb.
İdarədən bildirildiyinə görə, oğurlananlar rabitəçi Slacana Stankoviç və sürücü Yovitsa Stepiçdir. Xarici İşlər Nazirliyi artıq təhlükəsizlik xidmətlərini bu barədə məlumatlandırıb.

"Serbiya Xarici İşlər Nazirliyi çətin vəziyyətdə yerində vətəndaşlarımızın təhlükəsiz qayıdışını təmin etmək üçün əlindən gələni edir", - deyə Serbiya XİN-i bildirib.


Müəllif: