8 Noyabr 2015 23:22
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Böyük Britaniyanın milli təhlükəsizliyinə əsas təhdidlərdən biridir.

Trend The Times-a istinadən məlumat verir ki, Rusiya İŞİD terror təşkilatı, "Ebola" virusu və Avropaya kütləvi mühacir axını ilə birlikdə Birləşmiş Krallığın milli təhlükəsizlik strategiyasına əsasən hazırlanmış siyahıya daxil edilib.

Britaniyanın Baş naziri Devid Kemeronun müvafiq sənədi noyabrın 23-də təqdim edəcəyi gözlənilir.

Rusiyanın bu siyahıya Ukraynaya qarşı siyasətinə, həmçinin Suriyadakı hərbi əməliyyatlarına görə daxil edildiyi bildirilir.


Müəllif: