9 Noyabr 2015 10:39
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baltik ölkələrindən Estoniyanın “Estonian Air” aviaşirkəti iflas etdi. ANS PRESS-in məlumatına görə, “Star Aillance” şirkətlər qrupuna daxil aviakompaniya dünəndən etibarən bütün reyslərini ləğv edib.

Avropa Şurası (AŞ) Rəqabət Komitəsi haqsız olaraq dövlət dəstəyi aldığını irəli sürərək bu şirkətdən həmin məbləğin geri ödənilməsini tələb etmişdi. Həmin məbləğin təxminən 85 milyon euro olduğu bildirilir.

“Scandinavian airlines”in 1%-lik hissə sahibi olduğu “Estonian Air”dən 8, 10 noyabr tarixləri üçün alınan biletləri digər aviaşirəklərlə dəyişdirmək mümkündür. 11 noyabr və daha sonrakı tarixlər üçün alınan biletlərin isə pulu qaytarılacaq.


Müəllif: