9 Noyabr 2015 22:25
414

İordaniyada polislərin təlim mərkəzində baş verən atışma nəticəsində 7 nəfər ölüb, 6 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ hakimiyyəti nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.

Ölənlər arasında Dövlət Departamentinin əməkdaşları olan iki ABŞ vətəndaşı, 3 iordaniyalı və bir CAR nümayəndəsi olub.

Bundan əlavə, həmçinin İordaniya vətəndaşı olan atəş açan şəxs öldürülüb.

İordaniyanın mətbuatla iş üzrə dövlət naziri Məhəmməd əl-Mumaninin sözlərinə görə, İordaniya polisi təlimatçı və öz həmkarlarına atəş açıb, daha sonra polislər tərəfindən öldürülüb.


Müəllif: