Ukraynada Donetsk vilayət sovetinə hücum edən rusiyayönlü qüvvələr Müstəqil Donetsk Respublikasının yaradıldığını elan ediblər.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu qərar onların yaratdığı "Xalq Soveti"nin növbədənkənar sessiyasına qəbul edilib.
Binanın qarşısına toplaşan kütlə bu qərarı "Rusiya, Rusiya" sədaları ilə qarşılayıb.
Daha sonra "Xalq Soveti" Donetsk Respublikasının Rusiyanın tərkibinə keçməsi barədə qərar qəbul edib.