10 Noyabr 2015 14:52
1 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın əksər şəhərləri və həmçinin paytaxt Tehranda fars irqçiliyinə qarşı kütləvi etiraz aksiyaları bu gün də davam edir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, aksiyalar zamanı polislə etirazçılar arasında toqquşmalar baş verib. İlkin məlumatlara görə, aksiyalar zamanı 25 nəfər təhlükəsizlik işçiləri tərəfindən saxlanılıb. Onları bəziləri haqqında Parsabadın inqilab məhkəməsi 3 günlük həbs qərarı verib.

Polis gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar arasında çoxlu sayda xəsarət alanlar var.

Xatırladaq ki, cümə günü - noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan bir televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da, bəzi bölümlərində türkcə dialoqlar da yer alıb.

Samir


Müəllif: