4 İyun 2014 00:35
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO baş katibi Anders Foq Rasmussen bəyan edib ki, Alyans Ukraynada islahatların həyata keçirilməsi üçün uzunmüddətli yardım tədbirləri paketi hazırlayıb.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, Rasmussen bu barədə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşünün ilk gününün yekunlarına həsr edilən mətbuat konfransında bildirib.

"Biz Ukraynanın islahatları effektiv şəkildə həyata keçirməsi, öz Silahlı Qüvvələrini gücləndirməsi üçün uzunmddətli tədbirlərin geniş paketinin hazırlanmasını yaxın həftələrdə başa catdıracağıq", - NATO baş katibi bildirib.

Nihad


Müəllif: