11 Noyabr 2015 20:53
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın xarici işlər naziri Cavad Zərif Viyanada keçiriləcək Suriya danışıqlarına qatılmayacaq.

Nazirin köməkçisi Amir Abdullahiyan şənbə günü Viyanada keçiriləcək toplantıya qatılmayacaqlarını bildirib.

BMT və Avropa Birliyi ilə yanaşı 17 ölkə təmsilçilərinin qatılacağı toplantıda Suriyada əmin-amanlığın bərpa olunmasının yolları müzakirə olunacaq, keçid hökumətinin yaradılması barədə qərar qəbul ediləcəyi gözlənilir.

Toplantıda nə Əsəd hakimiyyətindən, nə də müxalifətdən heş kəs iştirak etməyəcək.

Röya


Müəllif: