12 Noyabr 2015 08:52
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya hökuməti ölkənin Konstitusiya Məhkəməsinə rəsmi ərizə ilə müraciət edərək Kataloniya parlamentinin müstəqilliklə bağlı qəbul etdiyi sənədin ləğv olunmasını istəyib.

Bundan başqa, hökumət Konstitusiya Məhkəməsinin verəcəyi qərara əməl edilməyəcəyi təqdirdə Kataloniya vilayətinin rəhbəri və parlamenti sədrinin vəzifədən kənarlaşdırılmasını tələb edib.

Baş nazir Mariano Raxoy bir daha Kataloniya parlamentində qəbul edilmiş sənədin qanunsuz olduğunu bəyan edib.


Müəllif: