11 Noyabr 2015 23:45
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) Fransanın xarici işlər naziri Loran Fabius, Federal Təhqiqatlar Bürosu (FTB) və BMT-ın Uşaq Fondunun (UNİCEF) rəhbərliyini izləyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə özünün şəxsi mənbələrinə istinadən Berlinin ictimai radiosu bildirib.

Berlin radiosunun mənbələrinin məlumatına görə, BND həmçinin Haaqa Beynəlxalq Cinayət Məhkəməsi və Ümumdünya Səhiyyə Təşkilatını güdüb. Bundan başqa, izlənilən obyektlərin siyahısına Avropa və Amerikanın bir çox şirkəti daxildir. İzlənilən şirkətlər arasında müdafiə sənayesi şirkətləri daha çox olub. Xüsusi olaraq ABŞ-ın “Lockheed” şirkətinin adı çəkilir.


Müəllif: