12 Noyabr 2015 12:55
1 690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusu iki ildən bəri davam edən mübarizədən sonra Kuveyres hərbi hazasını ələ keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Hələbin cənubunda yerləşən baza Rusiyaya məxsus döyüş təyyarələrinin köməyi ilə İŞİD terrorçularından təmizlənib.

Suriya ordusunun komandirlərindən olan Munzur Zamman məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, gecə boyu davam edən şiddətli döyüşlərdən sonra terrorçular geri çəkilmək məcburiyyətində qalıb.

Samir


Müəllif: