12 Noyabr 2015 14:49
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Kommunist Partiyasının deputatları prezident Vladimir Putinə müraciət ünvanlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Valeriy Raşkin və Serqey Obuxovun müraciətdində Türkiyə və Tunisə uçuşların qeyri-müəyyən müddətə qədər təxirə salınmasının zəruriliyi qeyd olunub.

Sənəddə bildirilir ki, İŞİD terror təşkilatının Türkiyə və Tunisdəki fəaliyyəti Rusiyanın bu ölkələrə uçuşlarına təhlükə yarada bilər. Deputatlar qeyd edib ki, son yarım ildə Türkiyədə 7, Tunisdə isə otellərdə 2 terror aktı həyata keçirilib.

Qeyd edək ki, Rusiya Federasiya Şurası Tunis və Türkiyəyə uçuşların qadağan edilməsi ilə bağlı deputatların təklifini dəstəkləyib.

Samir


Müəllif: