12 Noyabr 2015 20:54
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Manisa vilayətinin Soma şəhərində 100 ton qızıl ehtiyatı aşkar edildi.

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Əli Rza Alaboyun Somada 100 ton qızıl ehtiyatı aşkarlandığını bildirib. Somanın Kiraz kəndindəki yataqda qızıl ilə yanaşı, mis, qurğuşun və sink kimi metal ehtiyatlarının da olduğunu da bildirib.

Alaboyun Türkiyənin qızıl ehtiyatının 700 tona yaxın olduğunu, aşkar edilən qızıl yatağının isə Türkiyənin mövcud təlabatının 14 faizini təşkil etdiyini qeyd edib.

Aşkar edilən qızıl ehtiyatı Türkiyə iqtisadiyyatına 2,5 milyar dollar civarında xeyir verəcək.

Röya İsrafilova


Müəllif: