12 Noyabr 2015 19:03
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti "Əş-Şəbab" liderlərinin gizləndiyi yerlə bağlı hər hansı xəbər gətirən şəxsə mükafat vəd edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Ədalət üçün mükafat" adlı proqram çərçivəsində təşkilatının lideri Əbu Übeydənin yaxalanması üçün 6 milyon, Mahad Karate, Maallim Daud və Hasan Afguye adlı "Əş-Şəbab" komandirlərinin ələ keçirilməsinə görə 5 milyon, Maalim Salman ve Əhməd İman Əli üçün isə 3 milyon dollar mükafat qoyulub.

Samir


Müəllif: