13 Noyabr 2015 01:37
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndiki İsrail dövləti legitim olmayıb və Fələstin əsilli qaçqınlar arasında 1948-ci ilədək mövcud olmuş ərazilərin bərpası ilə bağlı səsvermə keçirmək lazımdır”. Musavat.com-un məlumatına görə, bu sözləri İran prezidenti Həsən Ruhani “France 2” telekanalına müsahibəsində Yaxın Şərqdəki vəziyyəti şərh edərkən söyləyib.

“İndiki İsrail dövləti legitim deyil. Məhz buna görə də bizim onunla münasibətlərimiz yoxdur, çünki bu dövləti legitim saymırıq” – qeyd edib İran lideri.

Onun sözlərinə görə, dünyaya səpələnmiş Fələstin mənşəli bütün insanların öz torpaqlarına qayıtmaq hüququ olmalıdır. “BMT himayəsi altında qanuni seçkilər keçirmək lazımdır. Hansı nəticələr olsa, biz onu qəbul eləməyə hazırıq” - əlavə edib Ruhani.


Müəllif: