13 Noyabr 2015 11:49
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-a məxsus 6 ədəd F-15 tipli döyüş təyyarələri Türkiyənin İncirlik hərbi bazasına gətirilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ Müdafiə Nazirliyinin sözçüsü Peter Kuk məlumat verib.

Onun sözlərinə görə, Amerika təyyarələri Türkiyəyə məxsus F-16-larla birlikdə İŞİD terror təşkilatına qarşı əməliyyatlarda iştirak edəcək: "Türk hava məkanının suverenlik və təhlükəsizliyinə dəstək vermək üçün Türkiyə hökumətinin xahişi ilə təyyarələr İncirlik hərbi bazasına göndərilib".

Samir


Müəllif: