14 Noyabr 2015 00:24
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya paytaxtı Moskvada selfie çubuqları ilə özünümüdafiə kursları açılacaq.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Moskva Əlbəyaxa Döyüş Mərkəzinin (M-PROFI) mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir: "Son vaxtlar turistlərə hücumların sayı artıb. Belə vəziyyətlərdə turistlərin yeganə müdafiə vasitəsi selfie çubuğu olur. Bununla bağlı onların vasitəsilə özünümüdafiənin öyrənilməsinə ehtiyac yaranıb”.

Yeni müdafiə üzrə təlimlərin tam kursu 5 dərsdən ibarətdir. İlk dərs nəzəriyyəyə həsr olunacaq. Daha 4 dərsdə isə praktiki fəndlər öyrədiləcək.

Samir


Müəllif: