14 Noyabr 2015 09:37
1 655

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə baş verən terror aktına münasibət bildirib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan "Bütün Fransız xalqı ilə eyni kədəri bölüşdüyümüzü yenidən xatırladıram. Artıq terrorla mübarizə məsələsində sözün bitdiyi yerdə olduğumuzu xatırlatmaq istəyirəm. Türkiyə olaraq terrorla mübarizədə mövqeyimizi bundan sonra da eyni şəkildə davam etdirəcəyik. Hər zaman dediyimiz kimi terrorun dini, milləti, irqi, vətəni yoxdur. Mənim terrorçum yaxşı, səninki pisdir məntiqini bir kənara qoymalıyıq." deyib.

Qeyd edək ki, Parisdəki terror aktları nəticəsində azı 153 nəfər həlak olub.

Ramal


Müəllif: