14 Noyabr 2015 23:27
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyanada xarici işlər nazirlərinin Suriya üzrə çoxtərəfli görüşü başa çatıb. O, beş saatdan çox davam edib. “Report” xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Federika Moqerini məlumat verib.

Onun sözlərinə görə, danışıqların yekunları barədə “tam olaraq Sergey Lavrov və Con Kerri xəbər verəcəklər”.

Yaxın vaxtlarda Rusiyanın XİN rəhbəri, ABŞ-ın dövlət katibi və BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Moqerini, həmçinin "Suriyada siyasi prosesi başlamaq olar” deməklə danışıqlar prosesində əhəmiyyətli irəliləyişə işarə edib.


Müəllif: