15 Noyabr 2015 01:51
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa ötən gecə Parisdə törədilən seriya terror aktlarına görə məsuliyyəti öz üzərinə götürmüş İŞİD terror təşkilatının əsas şərtini rədd edib. Musavat .com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, ölkənin baş naziri Manuel Vals bildirib ki, Fransa İŞİD-ə hava zərbələri endirməkdə davam edəcək.

Xatırladaq ki, İŞİD Parisdəki son terror hücumlarının Fransanın ona qarşı apardığı hava əməliyyatlarına görə qisas aktları olduğunu bəyan eləmiş və xəbərdarlıq eləmişdi ki, Fransa təhlükəsizlikdə olmasını istəyirsə, bu əməliyyatları dərhal dayandırmalıdır.

Terror aktlarında son məlumata görə, 129 nəfər həlak olub.


Müəllif: