16 Noyabr 2015 01:32
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın təhlükəsizlik qüvvələri paytaxt Beyrutun cənubunda 43 insanın ölümü, 200-dən çox adamın yaralanması ilə nəticələnmiş terror aktları ilə bağlı doqquz şəxsi həbs ediblər.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, Livanın Daxili işlər naziri Nohad Maşnuk bildirib ki, terrorçular əvvəlcə Hizbullah təşkilatının nəzarətində olan Rəsul Əl-Əzm xəstəxanasına hücum planlaşdırıblar. Lakin yüksək təhlükəsizlik tədbirlərini nəzərə alaraq fikirlərini dəyişdiriblər.

Xatırladaq ki, Beyrutun Bürc-əl-Barajne qəsəbəsində noyabrın 13-də baş verən iki partlayışa görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.


Müəllif: