16 Noyabr 2015 09:27
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransaya məxsus döyüş təyyarələri İŞİD terror təşkilatının "paytaxt"ı sayılan Rakkaya hücum ediblər.

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, əməliyyatda 10 qırıcı iştirak edib. Rəsmi məlumatlara görə, bombardman zamanı İŞİD-in 20 sığınacağı və hərbi bazası məhv edilib.

Qeyd edək ki, İŞİD ötən cümə günü Parisdə törədilən və 132 nəfərin ölümünə səbəb olan terror aktında məsuliyyəti öz üzərinə götürüb.

Samir


Müəllif: