16 Noyabr 2015 19:13
479

Paris teraktında islam dini günahkar deyil.


Axar.az xəbər verir ki, bu, bütün Gürcüstanın Patriarxı II İliyanın Paris teraktı il bağlı müraciətində yer alıb. Onun sözlərinə görə, Paris teraktında əsas günahkar insanın zalım iradəsidir:

“Biz xeyir və şərin savaşdığı zamanda yaşayırıq. Bu, hər zaman olub, amma son illər daha da şiddətlənib. Biz Allahdan arzu edirik ki, xeyir qalib olsun. Bəzi insanlar bunu islamın ayağına yazmağa çalışırlar, lakin dinin burada heç bir günahı yoxdur. İnsan sadəcə özünün zalım iradəsini nümayiş etdirir”.


Müəllif: