17 Noyabr 2015 10:34
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyada "Avstraliya Müsəlman Partiyası" adlı yeni siyasi təşkilat yaradılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Sidney sakini, partiyanın sədri Dia Məhəmməd bildirib ki, onlar qarşıdan gələn parlament seçkilərində iştirak etməyə hazılaşırlar.

Məlumata görə, Avstraliyada yarım milyonadək müsəlman yaşasa da, ancaq ölkə parlamentindəki 250 deputatdan yalnız biri özünü müsəlman sayır.

Dia Məhəmməd deyib ki, partiyanın dini ad altında yaradılması səbəblərindən biri də bu günlərdə Parisdə törədilən terror aktlarıdır.

Partiya liderinin sözlərinə görə, bu siyasi təşkilatın yaradılması ilə Avstraliyadakı müsəlmanlar səslərinin daha çox eşidilmək imkanı qazanacaqlar: "Müsəlman Partiyasının yaranması səbəblərindən biri də son zamanlar ölkədə antiislamyönlü platformalı siyasi təşkilatların təsis olunmasının elan edilməsidir".


Müəllif: