17 Noyabr 2015 11:35
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Con Kerri gözlənilmədən Parisə səfər edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Kerri Paris aeroportunda jurnalistlərin suallarını cavablandırıb.

Onun sözlərinə görə, ABŞ yardıma ehtiyacı olan hər kəsə kömək edəcək: "Biz İŞİD terrorçularına, onların ideologiyalarının davamçılarına qalib gələcəyik və yardıma ehtiyacı olan hər kəsə kömək edəcəyik. Paris terroru planlarımıza mane ola bilməz. Noyabrın sonunda Parisdə baş tutacaq BMT-nin iqlim dəyişikliyi konfransında iştirak edəcəyik".

Samir


Müəllif: