17 Noyabr 2015 22:33
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın cənub-qərbindəki Belucistan əyalətində sərnişin qatarının qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub.

Teleqraf.com Anadolu agentliyinə istinadla xəbər verir ki, Pakistan hökumətinin sözçüsü Han Vasey əyalətin mərkəzi Kuettada keçirdiyi mətbuat konfransında Kuettadan Ravalpindi şəhərinə gedən “Jaffer Expres” qatarının Abequm bölgəsində aşması nəticəsində 13 nəfərin öldüyünü, 150-sinin yaralandığını deyib. Yaralananlardan 25-nin vəziyyətinin ağır olduğunu deyən H.Vasey qəzaya qatarın əyləc sistemində yaranmış problemin səbəb olduğunu bildirib.

Qəzadan sonra aşan vaqonların qaldırılması istiqamətində işlər davam etdirilir.


Müəllif: