17 Noyabr 2015 22:16
446

Almaniyanın "Qərbin islamlaşmasına qarşı yurdsevər avropalılar" (PEGİDA) təşkilatı Paris terrorundan sonra Drezden şəhərində nümayiş keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, aksiyaçılar Parisdə təşkil olunan terror aktına etirazlarını bildiriblər.

PEGİDA hərəkatı Parisdə yaşanan terror hadisəsinin Almaniyada da baş verə biləcəyini iddia edərək, qaçqınlara qarşı sərhədlərin bağlanılmasını tələb edib. Alman siyasətçilər isə PEGİDA-nın Paris hücumlarından öz məqsədləri üçün istifadə etdiklərini deyiblər. Siyasətçilər Parisdə baş verənlərlə qaçqın probleminin ayrı-ayrı məsələlər olduğunu vurğulayıblar.

Samir



Müəllif: